DSX və DGK Füzulidə birgə əməliyyat keçirib, narkotik aşkarlanıbbackend

DSXDGK Füzulidə birgə əməliyyat keçirib, narkotik aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə marixuanaya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli metadon-40 həbi aşkar olunaraq götürülüb.

DSX-nin Mətbuat Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, oktyabr ayının 15-də saat 21:00-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı nəticəsində sərhədboyu zolağı və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilən 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 414 qram narkotik vasitə marixuana ya bənzər maddə və 1850 ədəd gabaprel-300 həbi aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.