DTX MİDA-nın adından istifadə edəni saxladıbackend

DTX MİDA-nın adından istifadə edəni saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

NOCOMMENT.az xəbər verir ki, Kənan Şərifov Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

O, digərləri ilə birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.\\Lent.az