DTX-nın gecə əməliyyatı: tanınmış şəxslər saxlanıldıbackend

DTX-nın gecə əməliyyatı: tanınmış şəxslər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti bu gecə 5 nəfəri həbs edib.

NOCOMMENT konkret.az-a istinadən xəbər verir ki, Hacı İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Daha sonra “Maide.az” saytının baş redaktoru Təmkin Cəfərov saxlanılıb. Aldığımız son məlumata görə, daha 3 nəfər Hizbullahçı həbs olunub. Ümumilikdə 5 nəfər saxlanılıb: İlqar İbrahimoğlu, Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov Jurnalist-Təmkin Cəfərov.

Mənbələr bildirirlər ki, hazırda Azərbaycanın xüsusi xidmət orqanları Sumqayıt, Quba, Dəvəçi və Masallı şəhərlərində təmizləmə işləri aparır.

Əlavə məlumat veriləcək.