DTX-nın həbs etdiyi rəisin icra başçısı işləmiş müavini də işdən çıxarıldıbackend

DTX-nın həbs etdiyi rəisin icra başçısı işləmiş müavini də işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin birinci müavini vəzifəsindən azad olunub.

NOCOMMENT mediapost-a istinadla xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Zöhrab Pirimov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Zöhrab Ziyəddin oğlu Pirımov 2004-2007-ci illərdə Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Zöhrab Pirimov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılaraq həbs edilən MİQİBDX-nin sabiq rəisi Zakir Sultanovun ən yaxın adamı sayılırdı.