DTX-nin saxladığı icra başçısı barədə yeni məhkəmə qərarı – RƏSMİbackend

DTX-nin saxladığı icra başçısı barədə yeni məhkəmə qərarı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

NOCOMMENT xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir ay uzadılıb.

Xatırladaq ki, Mahir Quliyev bu ilin aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilmişdi.