DTX Prezidentin qızının adından yayılan səs yazısına aydınlıq gətirdibackend

DTX Prezidentin qızının adından yayılan səs yazısına aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi internet resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, aparılan ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib.

“Hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir”, – deyə DTX-dən bildirilib.