DTX və polis birgə əməliyyat keçirdibackend

DTX və polis birgə əməliyyat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon polis şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Cəlilabad rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Astara rayon sakini Asəf Əlili, Bakı şəhər sakini Cəlal Sumbatov və Cəlal Babayev sonuncunun idarə etdiyi “Xəzər-Lada” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə keçirilən baxış zamanı A.Əlili və C.Sumbatovun üzərindən bir bükümdə narkotik vasitə heroin, onların olduğu avtomobildən isə 7 bükümdə ümumilikdə 10 kiloqram qram heroin, 2 ədəd bıçaq, 3 ədəd şpris və 1 ədəd şüşə ampula aşkarlanaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərində onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.