Dualarımız qardaş Türkiyə ilə birlikdədir – Hacıyevbackend

Dualarımız qardaş Türkiyə ilə birlikdədir – Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İzmirdə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə baş sağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, Prezidentin köməkçisi bu barədə “Twitter” hesabında paylaşım edib.

“Dualarımız Qardaş Türkiyə ilə birlikdədir. Depremdə həyatını kayb edənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun”.

Qeyd edək ki, bu saata olan son məlumata görə, İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 438-ə, həlak olanların sayı isə 12-ə çatıb. Xilasetmə tədbirləri davam etdirilir.