Dubayda 50 dərəcə istidə yağış yağdı – VİDEObackend

Dubayda 50 dərəcə istidə yağış yağdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın 10 ən quraq şəhərlərindən biri olan Dubayda pilotsuz təyyarələrlə süni yağış hazırlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dubay Milli Meteoroloji Mərkəzi məlumat yayıb.

Yağış dronlar vasitəsilə buludlara elektroşok verilərək yaradılıb. Meteorologiya Mərkəzinin yayımladığı videoda texnologiyanın tətbiq olunduğu bölgəyə şiddətli yağış yağdığı müşahidə olunub.

Qeyd edək ki, bu BƏƏ-nin 2017-ci ildə başladılan və ölkədə yağış yağdırmaq üçün tətbiq olunan 15 milyon dollar dəyərindəki layihəsinin bir hissəsidir./Axar.az