Dubinski: Zelenski münaqişənin həlli yolunda maneəyə çevrilibbackend

Dubinski: Zelenski münaqişənin həlli yolunda maneəyə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Zelenski prezident postunu tərk etməlidir, çünki o, Ukraynadakı münaqişənin həllinə maneədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün Teleqram kanalında bildirib.

“Aydındır ki, Zelenski getməli olacaq. Dediyim kimi, o, fövqəldövlətlər arasında razılaşmaya yeganə maneəyə çevrilir”, – deyə ukraynalı deputat gileylənib.

Dubinskinin sözlərinə görə, Zelenskinin Aİ ölkələrindən dəstək axtarmaq cəhdləri kobud səhvdir, çünki onların hər birinin “tamamilə fərqli maraqları” var. Deputat xəbərdarlıq edib ki, Vladimir Zelenski vəziyyəti ifrat həddə çatdırmağa davam edərsə, Ukrayna həqiqətən öz dövlətçiliyini itirmək riski ilə üzləşir.