Duda NATO-nun Ukrayna ilə bağlı qərarından danışıbbackend

Duda NATO-nun Ukrayna ilə bağlı qərarından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa NATO sammitində Ukrayna ilə bağlı qəbul edilən qərarın kifayət etmədiyi qənaətindədirlər. Bununla belə, ukraynalıların bir neçə ildən sonra Şimali Atlantika Alyansına qoşula biləcəyinə ümid var.

NOCOMMENT.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda NATO-nun Vilnüs sammiti çərçivəsində jurnalistlərin sualını cavablandırarkən deyib.

“Məncə, bu (NATO sammitində Ukrayna ilə bağlı qərar – red.) tamamilə kifayət deyil. Ümid edirəm ki, bir neçə ildən sonra Ukrayna bizim Alyansın tamhüquqlu üzvü olacaq”, – Duda bildirib.

Polşa prezidentinin sözlərinə görə, müttəfiqlərin dünən verdiyi bütün qərarlardan sonra yol bəllidir.

“Qərar qəbul edərkən birliyin lazım olduğunu nəzərə alsaq, Ukraynanın tamhüquqlu üzvlüyündən indi danışmaq çox çətindir, demək olar ki, mümkün deyil.. Amma biz qərar verə bilərik. Ukrayna NATO-ya sabah üzv olacaqmı, müharibə zamanı 5-ci maddə və kollektiv müdafiəni nəzərə alaraq bilmirəm”, – Duda yekunlaşdırıb.