Dünən iki qadın fiziki təzyiqə məruz qaldıbackend

Dünən iki qadın fiziki təzyiqə məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən 2 qadın fiziki zorakılığa məruz qalıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb və 37-ci polis bölməsi tərəfindən Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

“Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm.

Hər iki qadına dəstək olmağı aidiyyəti qurumlardan – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi rəhbərləri və əməkdaşlarından rica edirəm”, – deyə Kəmalə Ağazadə bildirib.