Dünən onlarla COVİD-19 xəstəsinə cinayət işi başlanılıbbackend

Dünən onlarla COVİD-19 xəstəsinə cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.