Dünənki ağır qəzada xəsarət alanların SON DURUMUbackend

Dünənki ağır qəzada xəsarət alanların SON DURUMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

NOCOMMENT.az -ın məlumatına görə 3 saylı Kliniki Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsindən bildirilib ki, hazırda həmin şöbədə 4 xəstənin müalicəsi davam etdirilir: “Xəstələrdən biri baldırın aşağı hissəsindən amputasiya olunub. İki xəstədə isə kəllə-beyin travması var və müalicələri davam etdirilir. Sonuncu xəstə əməliyyat olunub və süni tənəffüs aparatına qoşulub”.

Sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 10 nəfərin vəziyyəti isə stabil-ağır olaraq qalır. Həmçinin, 1 saylı Kliniki Tibbi Mərkəzdə stasionar şəkildə müalicə alan 3 nəfərin də vəziyyəti stabil-ağır qiymətləndirilir.

3 saylı Şəhər Klinik Xəstəxanasında palatalara yerləşdirilən 6 nəfərin durumu stabildir.

Qeyd edək ki, ötən gün baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü Mahmud Əzizov həbs edilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Publika.az