Dünya Bankı Ukraynaya məbləğ ayırdıbackend

Dünya Bankı Ukraynaya məbləğ ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Qeyd edib ki, bu məbləğin 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan daxil olacaq. Vəsaitlər martın sonuna kimi köçürüləcək.

Şmıqal Dünya Bankına, Yaponiya və Böyük Britaniya hökumətlərinə Ukraynada makromaliyyə sabitliyinin qorunmasına göstərdikləri dəstəyə və töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, Ukrayna 2024-cü il üçün 43,9 milyard dollarlıq rekord büdcə kəsirini planlaşdırır. Ölkə hakimiyyəti bunun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə ödəyəcəyini gözləyir.