Dünya Bankından zəlzələdən zərər çəkmiş müəssisələrə 450 milyon dollarlıq dəstəkbackend

Dünya Bankından zəlzələdən zərər çəkmiş müəssisələrə 450 milyon dollarlıq dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələdən zərər çəkmiş mikro, kiçik və orta bizneslərin bağlanmasının qarşısını almaq və onlara iş yerlərini saxlamaqda kömək etmək üçün 450 milyon dollarlıq layihə elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dünya Bankından açıqlama verilib.

Açıqlamada layihənin Xəzinə və Maliyyə Nazirliyinin zəmanəti ilə Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstək İdarəsi (KOSGEB) tərəfindən həyata keçiriləcəyi paylaşılıb.

“Layihə mikro, kiçik və orta müəssisələr üzərində likvidlik təzyiqlərini azaltmaq, onların fəaliyyətini yenidən başlatmağa kömək etmək və işçilərin yenidən işə götürülməsi və ya zəlzələdən zərər çəkmiş ərazini tərk etmiş işçilərin dəyişdirilməsi yolu ilə onların məşğulluğunu tədricən zəlzələdən əvvəlki səviyyəyə çatdırmaq məqsədi daşıyır” deyə açıqlamada qeyd olunub.

NOCOMMENT.AZ