Dünya bazarında neft qiymətləri düşübbackend

Dünya bazarında neft qiymətləri düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında neft 0,8 % ucuzlaşıb.

NOCOMMENT “Report”a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,82 % ucuzlaşaraq bareli 84,88 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,83 % düşüb və bareli 78,4 ABŞ dolları təşkil edib.

Amerika Neft İnstitutu (API) ABŞ-da “qara qızıl” ehtiyatlarının artdığını açıqlayıb.

Məlumata əsasən fevralın 10-dək olan həftə ərzində ABŞ-da neftiт kommersiya ehtiyatları 10,5 milyon barel artıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1,7 milyon barel artacağını güman edirlər.