Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıbbackend

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 83,66 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,1% artaraq 81,3 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,19% azalaraq 4,21 ABŞ dolları təşkil edib.