Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıbbackend

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında neftin bahalaşması davam edir.

NOCOMMENT-in məlumatına görə, Brent neftinin ixracına dair mart müqaviləsinin dəyəri 2014-cü ilin oktyabr ayından ilk dəfə olaraq 88 ABŞ dollarını ötüb. Hazırda sözügedən markalı neftin qiyməti 88,39 ABŞ dolları təşkil edir.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,92% azalaraq 4,292 ABŞ dolları təşkil edib.