Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıbbackend

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair gələn ilin yanvar müqaviləsinin dəyəri 0,41% artaraq 1 barelə görə 73,74 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,81% artaraq 70,52 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, yanvar ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,35% azalaraq 4,84 ABŞ dolları təşkil edib.