Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıbbackend

Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 48 dolları keçib.

NOCOMMENT-in məlumatına görə, Bakı vaxtı ilə saat 09:08-də Brent-ın 1 barelinin qiyməti 0,98% artaraq 48,25 dollar təşkil edib. Sonuncu dəfə Brent neftinin qiyməti 48 dollardan yuxarı martın 6-da qeydə alınmışdı.

Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,96% artaraq 45,34 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,28% azalaraq 2,883ABŞ dolları təşkil edib.