Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıbbackend

Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,93% artaraq 1 barelə görə 49,65 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,69% artaraq 46,41 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,2% azalaraq 2,508 ABŞ dolları təşkil edib.