Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıbbackend

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,56 azalaraq 1 barelə görə 99,98 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,5% azalaraq 93,95 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon “BTU”-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,23% artaraq 7,72 ABŞ dolları təşkil edib.