Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıbbackend

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,24% azalaraq 1 barelə görə 96,42 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,22% azalaraq 90,56 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,25% artaraq 7,671 ABŞ dolları təşkil edib.