İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,06% azalaraq, 1 barelə görə 79,94 dollar təşkil edib.
NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında fevral ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,09% azalaraq, 76,16 dollara bərabər olub.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,62% artaraq, 5,456 ABŞ dolları təşkil edib.