Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıbbackend

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,19% azalaraq 1 barelə görə 75,53 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabrında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,08% azalaraq 72,5 dollar olub.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,63% artaraq 5,304 ABŞ dolları təşkil edib.