Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıbbackend

Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,5% azalaraq 1 barelə görə 37,46 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,05% azalaraq 35,79 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,61% artaraq 3,35 ABŞ dolları təşkil edib.