Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıbbackend

Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,2% azalaraq 1 barelə görə 55,55 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında fevral ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,17% azalaraq 52,16 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,61% artaraq 2,806 ABŞ dolları təşkil edib.