Dünya bazarlarında neft və qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,17% artaraq 1 barelə görə 81,89 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,13% artaraq 79 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, fevral ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 6,05% artaraq 4,15 ABŞ dolları təşkil edib.