Dünya bazarlarında neft və qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,92% artaraq 1 barelə görə 74,6 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,1% artaraq 70,91 dollar olub.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,26% artaraq 4,97 ABŞ dolları təşkil edib.