Dünya bazarlarında neft və qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,29% artaraq, 1 barelə görə 90,2 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,32% artaraq, 83,22 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 0,74% artaraq, 7,242 ABŞ dolları təşkil edib.