Dünya bazarlarında neft və qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,46% artaraq, 1 barelə görə 79,13 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında yanvar ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,37% artaraq, 74,17 dollara bərabər olub.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,97% artaraq, 6,72 ABŞ dolları təşkil edib.