Dünya bazarlarında neft və qaz ucuzlaşıbbackend

Dünya bazarlarında neft və qaz ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,57% azalaraq 1 barelə görə 111,4 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,84% azalaraq 108,97 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 0,43% azalaraq 8,062 ABŞ dolları təşkil edib.