İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 3,04% azalaraq 1 barelə görə, 111,16 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqust ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 3,27% azalaraq 105,94 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 3,09% azalaraq 6,624 ABŞ dolları təşkil edib.