Dünya bazarlarında neft və qaz ucuzlaşıbbackend

Dünya bazarlarında neft və qaz ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,41% azalaraq 1 barelə görə 80,75 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,8% azalaraq 76,75 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,58% azalaraq 5,680 ABŞ dolları təşkil edib.