Dünya bazarlarında neft və qaz yenidən bahalaşıbbackend

Dünya bazarlarında neft və qaz yenidən bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,58% artaraq 1 barelə görə 65,38 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,57% artaraq 62,67 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,1% artaraq 2,921 ABŞ dolları təşkil edib.