Dünya bazarlarında neft və qazın qiyməti açıqlandıbackend

Dünya bazarlarında neft və qazın qiyməti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 100,53 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında may ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,15% artaraq 96,17 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,13% azalaraq 6,378 ABŞ dolları təşkil edib.