Dünya bazarlarında neft və təbii qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 44,25 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti dəyişməyərək 41,74 dollar səviyyəsində qalıb.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,89% artaraq 2,62 ABŞ dolları təşkil edib.