Dünya bazarlarında neft və təbii qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,42% artaraq 1 barelə görə 45,26 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,24% artaraq 42,52 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,23% artaraq 2,804 ABŞ dolları təşkil edib.