Dünya bazarlarında neft və təbii qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,75% artaraq 1 barelə görə 69,42 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 2,67% artaraq 66,21 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,24% artaraq 2,973 ABŞ dolları təşkil edib.