İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 43,59 dollar təşkil edib.
NOCOMMENTin məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,17% azalaraq 40,97 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,91% azalaraq 1,844 ABŞ dolları təşkil edib.