Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,69% azalaraq 1 barelə görə 67,58 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,85% azalaraq 64,46 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,28% azalaraq 2,897 ABŞ dolları təşkil edib.