Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,39% azalaraq 1 barelə görə 66,5 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,39% azalaraq 63,33 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,07% azalaraq 2,936 ABŞ dolları təşkil edib.