Dünya bazarlarında neft və təbii qazın bahalaşması davam edibbackend

Dünya bazarlarında neft və təbii qazın bahalaşması davam edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 0,51% artaraq 1 barelə görə 41,50 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,46% artaraq 39,40 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,76% artaraq 2,64 ABŞ dolları təşkil edib.