Dünya bazarlarında neft və təbii qazın qiyməti artıbbackend

Dünya bazarlarında neft və təbii qazın qiyməti artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 44,85 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,33% artaraq 41,77 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,76% artaraq 2,26 ABŞ dolları təşkil edib.