Dünya bazarlarında neftin və təbii qazın qiyməti artıbbackend

Dünya bazarlarında neftin və təbii qazın qiyməti artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,54% artaraq 1 barelə görə 63,64 dollar təşkil edib.

NOCOMMENTin məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,40% artaraq 60,30 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 5,29% artaraq 3,07 ABŞ dolları təşkil edib.