Dünya böyük təhlükə ilə qarşı-qarşıyadırbackend

Dünya böyük təhlükə ilə qarşı-qarşıyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər qlobal istiləşmə təhlükəsi ilə bağlı ciddi xəbərdarlıq edirlər.

NOCOMMENT The Guardian-a istinadən bildirir ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) bu əhəmiyyətli bəyanı, noyabr ayında olacaq Birləşmiş Millətlər müzakirəsində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

Alimlərin global istiləşmə ilə bağlı xəbərdarlıqları hələ də gündəm mövsuzu ikən, son aylarda baş verən yanğınlar, daşqınlar və kəskin hava şəraitləri qlobal iqlim sisteminin riskini daha da artırıb.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) bu gün yayımlayacağı hesabat, yer üzündəki həyatın müqəddəratını təyin edəcək əhəmiyyətə sahib BM görüşlərindən 3 aydan az müddət əvvəldən indiyə qədər ən iri miqyaslı hesabatıdır.

Greenpeace Böyük Britaniyanın direktoru Doug Parr qeyd edib ki, hökümətlər xəbərdarlıqlara biganə qalmamalıdır. O qeyd edib ki, “Hökümətlər tərəfindən bizim təhlükəsizliyimizi təmin etmək üçün təyin edilən planlar demək olar ki yoxdur. İlimlə bağlı qabaqlayıcı tədbirlərə onillərdir ehtiyac var idi – indi isə demək olar vaxtımız qalmayıb. Birləşmiş Krallıq, digər hökümətləri sadəcə iqlim böhranını dayandırmaqla qalmayıb eyni zamanda prosesi tərsinə çevirəbiləcək bəyanlara imza atma yolunda cəhdlər etməlidir.”

Qeyd edək ki, tarixən müxtəlif beynəlxalq platformalarda bu mövzu il bağlı müxtəlif razılaşmalara gəlinsə də, təəssüf ki, mütləq nəticə əldə edilə bilməyib.