Dünya çempionatı: Azərbaycan para-taekvondoçusu bürünc medal qazanıbbackend

Dünya çempionatı: Azərbaycan para-taekvondoçusu bürünc medal qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan para-taekvondoçusu Sabir Zeynalov Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

“NOCOMMENT” xəbər verir ki, K-44 seriyası üzrə 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk rəqibi, Tokio-2020 Yay Paralimpya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), ardınca rusiyalı Vasili Vigilianskiyə (28:14), daha sonra braziliya təmsilçisi Fabrisio Manquez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb.

Həlledici döyüşə vəsiqə uğrunda görüşdə türkiyəli Əli Özcana məğlub olan Zeynalov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.