Gənclər arasında keçirilən dünya çempionatında yıxılaraq kəllə-beyin travması alan isveçrəli velosipedçi Muriel Furre vəfat edib.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, 18 yaşlı idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundial sentyabrın 29-da başa çatacaq.