Dünya çempionunun əşyalarının oğurlanması ilə bağlı DİN-dən AÇIQLAMAbackend

Dünya çempionunun əşyalarının oğurlanması ilə bağlı DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycan idmançısı, dünya çempionu Gözəl Zutovanın çantası Baş Dövlət Yol Polisi İdarəsinin həyətində oğurlanıb. Çantanın içərisində bir miqdar pul, sənədlər və bir qızıl əşyası olub.

NOCOMMENT xəbər verir ki, DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev bakupost-a bildirib ki, baş verənlərlə bağlı araşdırma aparılır: “Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər BPİ-nin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı məlumtlar araşdırmaların gedişində məlum olacaq. Bu barədə G.Zutova ilə əlaqə saxlanılaraq məlumatlandırılıb”.